Dünya bazarlarında Brent markalı neftin qiyməti 2 ilin maksimumuna yüksəlib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 65 sent, yəni, 1,00% azalaraq 65.34$-a (ötən gün 63,17$) təklif olunub. Məlumat üçün bildirək ki, bu göstərici sonuncu dəfə 2015-ci ilin may ayının sonlarında qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 65 sent, yəni, 0,50% ucuzlaşaraq 57,15$-da qərarlaşıb.
58.28 +0.29 +0.50%
65.34 +0.65 +1.00%