6 C
Baku
Sunday, December 15, 2024

AMB iki Azərbaycan şirkəti ilə müqavilə imzaladı

Azərbaycan Mərkəzi Bankının Satınalmalar üzrə komissiyası kotirovka sorğusunun qaliblərini elan edib.

Məlumatda bildirilir ki, “Xalq qəzeti”nin 21 noyabr 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün yaddaş massivi və termolent avadanlığının satın alınması” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün paletbağlayan aparatın alınması və CDS-250 məhvedici sistemin bıcaqlarının itilənməsi” ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar Komissiyasının 29 noyabr 2017-ci il tarixli qərarına əsasən birinci məsələ üzrə “GT SOLYUŞNZ” MMC, ikinci məsələ üzrə isə “HALAL-P” MMC qalib elan edilmişdir.

Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 

Son xəbərlər
Digər xəbərlər