2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sənaye məhsullarının istehsalı böyüdü – 36 milyarda yaxınlaşdı

Azərbaycanda məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artmış, neft sektorunda isə 5,0 faiz azalmışdır. Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən  xəbər verir.

Məlumata görə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda metal filizlərinin hasilatı 2,9 dəfə artmış, neft hasilatı 6,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,2 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 0,6 faiz, içkilərin istehsalı 22,8 faiz, tütün məmulatlarının istehsalı 6,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 47,8 faiz, geyim istehsalı 31,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,8 faiz, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 91,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, kompüter və elektron məhsulların istehsalı 28,5 faiz, elektrik avadanlıqlarının istehsalı 50,1 faiz, maşın və avadanlıqların istehsalı 38,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16,9 faiz, mebel istehsalı 17,8 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,8 faiz, kağız və karton istehsalı 1,1 faiz, poliqrafiya məhsullarının istehsalı 9,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9 faiz, hazır metal məmulatlarının istehsalı 14,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 46,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər