Yeni ilə sayılı günlər qalıb. Hər birimiz Yeni ildə nağıllarda olduğu kimi arzularımıza çatmaq istəyirik. İş adamları biznesini böyütməyi, fermerlər təsərrüfatını genişləndirməyi, hər birimiz əzizlərimizə arzuladıqları hədiyyələri almağa tələsirik. Amma bəzən vəsaitlərimizin məhdud olması buna imkan vermir…
AccessBank Yeni il qabağı müştərilərinin arzularını nağıllardakı kimi həyata keçirəcək “Üçü var idi, üçü yox idi” kredit kampaniyasına start verir. Kampaniya çərçivəsində AccessBank-dan mikro, aqro və istehlak krediti götürən müştərilərə, aylıq kredit ödənişlərində istənilən 3 ay GÜZƏŞT MÜDDƏTİ veriləcək və son 3 ayın faizləri HƏDİYYƏ ediləcək!
3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur!
Belə ki, 15 yanvar 2018-ci il tarixinədək AccessBank-dan kredit götürənlər, ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunaraq, növbəti aylarda ödəyəcək. Bundan başqa, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə ediləcək. Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti min. 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək.
Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook və twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.