Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,780 milyard ABŞ dolları məbləğində vəsait daxil olub. Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il dekabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,889 milyard dollar təşkil edib.