7 C
Baku
Sunday, December 15, 2024

Avropa və İngiltərə mərkəzi bankları FED-dən fərqli qərar verdi

Avropa Mərkəzi Bankının (AMB – ingiliscə qısa adı ECB) bu gün keçirilmiş iclasında uçot dərəcəsinin hazırkı – 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

“Bloomberg” agentliyinə istinadən, ECB həmçinin depozit faizlərini -0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, ötən iclasda ECB monetar stimullaşdırmanın həcmini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (70,8 mlrd. dollar) 30 mlrd. avroya (35,4 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb. Lazım gələrsə ECB monetar stimullaşdırmanı 2018-ci ilin sentyabrından sonra da davam etdirəcəyini və onun həcmini yenidən artıra biləcəyini açıqlayıb.

Bir qədər sonra ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir.

ECB-nin qərarı avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR məzənnəsi 1,1810-1,1830 səviyyəsində sabitləşib.

İngiltərə Mərkəzi Bankı  (BoE) da bugünkü iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,5% səviyyəsindıə sabit saxlayıb.

BoE monetar stimullaşdırma proqramının həcmini isə dəyişməyərək 435 mlrd. funt sterlinq (587 mlrd. dollar) həcmində saxlayıb.

Qərardan sonra funt sterlinqin qlobal valyuta bazarlarında dollara qarşı məzənnəsi 1,34 USD/GBP səviyyəsinbdə sabit qalıb.

Xatırladaq ki, BoE noyabrın 2-də keçirilən iclasda uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə 0,25%-dən 0,5%-ə artırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər