10 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda orta aylıq əməkhaqqı artıb

Cari ilin üçüncü rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1069,1 lari təşkil edir ki, bu da 418 ABŞ dolları civarındadır.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji göstəricisindən 9% çoxdur.

Qonşu ölkədə ən yüksək maaş tikinti sektorundadır. Bu sahədə çalışanların əməkhaqqı 1999,5 lari təşkil edir. Tikinti sektoru ilə yanaşı maliyyə (1861,3 lari) və hasilat (1337,7 lari) sahələrində də əməkhaqqı yüksəkdir.

Gürcüstanda ən aşağı əməkhaqqı isə təhsil sahəsindədir. Təhsil işçiləri 565,7 lari maaş alır.

Xatırladaq ki, hazırda Azərbaycanda da orta aylıq nominal əməkhaqqı artaraq 309 dollar (525 AZN) olub.

Son xəbərlər
Digər xəbərlər