2 C
Baku
Saturday, December 14, 2024

DəmirBank 12 milyon AZN kredit verib

28 il Bank sektorunda uğurlu fəaliyyət göstərən DəmirBank hazırki iqtisadi durum şəraitində kiçik və orta sahibkarlığı, həmçinin fiziki şəxslərin maliyyələşdirilməsini həyata keçirir. Belə ki, son 4 ay ərzində Bank tərəfindən 12 milyon AZN həcmində yeni kreditlər verilmişdir. Eyni zamanda DəmirBank filialları vasitəsi ilə bu müddət ərzində 30 milyon AZN həcmində 35 000-dən artıq pul köçürülməsi həyata keçirilib. Bundan əlavə sözügedən müddət ərzində müştərilərə 3000-dək yeni plastik kart verilib. 2018-ci ilə DəmirBank daha sərfəli şərtlər ilə yeni istehlak və biznes kredit məhsullarını hazırlayır və bu istiqamətdə işlər bir müddətdir ki davam etdirilir.

 

Bankda mövcud stabil vəziyyət və dayanıqlı inkişaf proseslərinin dəstəklənməsi və növbəti illər ərzində də davam etməsi, yarana biləcək bütün təhlükələrin və risklərin qarşısının alınması üçün Bank səhmdarları tərəfindən DəmirBank-ın məcmu kapitalının investorlar tərəfindən artırılması planı hazırlanıb və aidiyyəti Dövlət orqanlarına təqdim edilib. Bununla bağlı maliyyə sektorunun nəzarətçisi kimi çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka lazımı tövhələr və dəstək göstərilir. Hal-hazırda Bankın istənilən filiallarına yaxınlaşaraq müştərilər müxtəlif bank əməliyyatlarını rahat şəkildə həyata keçirə bilər. Bank hər gün 09:00-dan 17:00-dək, Bankın Mərkəz filialı isə 09:00-dan 00:00-dək bayram və qeyri-iş günləri fəaliyyət göstərir.  

 

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

 

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

 

 

Son xəbərlər
Digər xəbərlər