8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan tədiyyə balansında 1,4 mlrd. dollarlıq profisit yaranıb

Cari əməliyyatlar hesabında ötən ilin 9 ayındakı 1.113 milyard USD defisiti  1.063 milyard USD profisit əvəzləyib. Banker.az xəbər verir ki, Mərkəzi Bank ilin 9 aylıq tədiyə balansının göstəricilərini açıqlayıb.

Ayrı-ayrı hesablara gəldikdə, xarici ticarət balansının profisiti 2016-cı ilin 9 ayına nisbətən 1.5 milyard USD (təxminən 50%) artaraq 4.4 milyard USD-yə çatıb. Bu neftin orta qiymətinin 30%-dək bahalanması ilə bağlı olub. Burda bir mənfi məqam diqqət çəkir ki, qeyri-neft sektoru üzrə ticarət balansının kəsiri 300 milyon USD genişlənərək 4.4 milyard USD-yə yaxın olub.

Xidmətlər balansının defisiti təxminən 300 milyon USD artmaqla 2.582 milyard USD təşkil edib. Nəqliyyat xidmətlərinin ixracı 680 milyon USD olub ki, bu ötən ilin göstəricisindən təxminən 148 milyon USD azdır.
Nəqliyyat xidmətlərinin 25%-i neft-qaz tranziti ilə bağlı olub.

Əcnəbilərə göstərilən turizm xidmətlərindən Azərbayacana 2.352 milyard USD daxil olub (ötən ilin 9 ayına nisbətən 300 miıyon USD çox), vətəndaşlarımızın xaricdə turizm xidmətlərinə xərclədikləri vəsait 2.020 milyard USD olub (ötən ilin 9 ayına nisbətən 133 milyon USD çox).

Xarici neft-qaz şirkətlərinin ölkədən çıxardıqları mənfəət neftinin məbləği 1.2 milyard USD olub (ötən il 1.791 milyard USD olmuşdu).
9 ayda ölkədən xarici kreditlərdən istifadəsinə görə faizlərin ödənişi ilə bağlı 331 milyon USD çıxıb.

Ailələrə xaricdən göndərilən pul baratlarının həcmi 300 milyon USD artaraq 726 milyon USD-yə çatıb.

Maliyə hesabı çərçivəsində ölkəyə daxil olan vəsaitlərin həcmi çıxan vəsaitlərin həcmindən 300 milyon USD çox olub. Halbuki keçən ilin 9 ayında maliyyə hesabında təxminən 1.9 milyard USD defisit yaranmışdı.

Xarici neft-qaz şirkətləri investisiyaların repatriasiyası çərçivəsində Azərbaycandan 2.1 milyard USD vəsait çıxarıb. Amma əvəzində birbaşa və portfel investisiyalar, kreditlər formasında ölkəyə 7.2 milyard USD daxil
olub.

Nəticə isə belədir: 2017-ci ilin 9 ayında tədiyə balansının ümumi saldosunda 2.2 milyradlıq profisit yaranıb, ötən il isə 1.2 milyard USD-yə yaxın defisit yaranmışdı.
Son xəbərlər
Digər xəbərlər