Vakansiyanın adı: Tədqiqat və inkişaf üzrə (R&D) Bölmə Rəisi (Plastik qranul istehsalı üzrə)
İş haqqında məlumat:
• Ölkədə, xammalı plastik və istehsal nəticəsi plastikə bağlı məhsul olan müəssisələrin, xırda istehesal subyektlərinin və s. yerləşməsini dəqiq bilməlidir;
• Yaxın ölkələrdən (Gürcüstan, Rusiya, İran, Türkiyə) xammal tədarükü perspektivini daim diqqətdə saxlamaq. Məhsulun bazar qiymətləri barədə məlumat sahibi olmaq. İri tədarükçüləri tanımaq;
• Ölkədə rəsmi dövlət qurumları ilə münasibət qurmağı bacarmaq ( rəsmi danışıq, etket qaydaları və s.);
• Mövsümə uyğun xammal tədarükündə bazarı araşdırmaq, qiymət siyasətində daim təkliflər gətirmək;
• Müştərilərin əldə saxlanılması üçün marketinq islahatları aparmaq;
• Sifarişə uyğun tədarük sistemini qurmaq;
• İstehsal olunan məhsula uyğun bazarın tələbatını və təmin olunmamış ehtiyacların üzə çıxardılması.
Namizədə aid tələblər:
• Ali iqtisadi təhsil (marketinq ixtisası üzrə olması üstünlükdür)
• Bu sahədə (plastik) ən azı 3-5 il iş təcrübəsi;
• Məhusulun standartların tələb etdiyi formada sənədləşdirilməsi işini, o cümlədən gömrük sənədləşmə işlərini bilməli;
• MS Office mükəmməl səviyyədə bilməli;
• Dil bilikləri: ingilis dili – yaxşı, rus dili – yaxşı
İş yeri:
Sumqayıt Quba yolunun 10-cu km. Hacı Zeynəlabdin qəsəbəsi “Azərsun Sənaye Parkı”
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Tədqiqat və inkişaf üzrə (R&D) Bölmə Rəisi (Plastik qranul istehsalı üzrə)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.