10 C
Baku
Thursday, December 12, 2024

Android-li cihazların satışı 1 milyarda çatacaq

Bu il Google gadgetləri üçün Android əməliyyat sistemi rekorda imza atacaq. Belə ki bu əməliyyat sistemli cihazları bütün dünya üzrə 1 milyarddan çox insan əldə edəcək. Bu haqda məlumat Gartner araşdırma şirkətinə əsasən verilmişdir.

2014-cü ildə Android ilə işləyən cihazların satışı 1,1 milyarda çatacaq ki, bu da öz növbəsində keçən il ilə müqayisədə 26% faiz artımın sübutudur.

Qeyd edək ki, Android əməliyyat sisteminin geniş yayılması yalnızca onun üstünlüyü ilə deyil, həmçinin Google şirkətinin Samsung, Sony və s. şirkətlər ilə ortaqlıq müqavilələri ilə əlaqədardır. Windows Phone və iOS təbii ki, ondan geri qalır.

2017-ci ilə kimi Android əməliyyat sistemli cihazların satışından gələn gəlirin 70%-i inkişafda olan bazarlardan gələcək. Smartfonların və planşetlərin top modelləri gələcəkdə indiki kimi vacib rol oynamayacaqlar. İnkişaf etməkdə olan ölkələrin alıcıları daha ucuz məhsullara üstünlük verəcəklər. Lakin Android istənilən halda qalib gələcək.

Son xəbərlər
Digər xəbərlər