Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri bu həftə ərzində Azərbaycana səfər edəcəklər.
“Interfax” agentliyinə istinadən, qurumun nümayəndələri Azərbaycanda pomidorların becərilməsi və saxlanılması prosesini izləməyi planlaşdırır.
“2017-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin artması ilə əlaqədar dekabrın 18-dən 21-dək Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri qonşu ölkəyə səfər edərək bu məhsulun becərilməsi və saxlanması prosesi ilə yaxından tanış olacaqlar”, – deyə qurumun yaydığı məlumatda bildirib.