10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan “Tatra” yük avtomobilləri istehsal edəcək

Dekabrın 18-də Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıblar. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq.

220834 src

Memorandumun imzalanması mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fərid Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda, Çexiya şirkətinin Gəncə avtomobil zavoduna göstərdiyi etimadın təqdirəlayiq olduğunu söyləyib. Səfir, həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər