8 C
Baku
Friday, December 13, 2024

Proqnoz: Fevralda valyuta bazarında volatillik arta bilər

Yeni il ərəfəsində qlobal valyuta bazarı qeyri-müəyyən dinamika əks etdirir. Bu barədə Danimarkanın “Saxo Bank” internet bankının qlobal valyuta bazarı ilə bağlı hazırladığı icmalda qeyd olunub.

İcmalda bildirilir ki, ABŞ-da vergi islahatları qanununun ilin sonuna qədər təsdiq edilməsi ehtimallarının yüksək olmasına baxmayaraq, qərarın dolların məzənnəsinə önəmli təsiri olmayacaq. “Saxo Bank” dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsinin 1,17 səviyyyəsindən aşağı düşməyəcəyini vurğulayıb, çünki vergi qanununun ABŞ iqtisadiyyatına müsbət təsiri uzunmüdətli perspektivdə hiss ediləcək. Bununla yanaşı bildirilir ki, USD/EUR məzənnəsinin 1,20-ni ötməsi isə psixoloji maneə yaradır.

Bank avronun məzənnəsi üçün perspektivdə katalizator rolunu oynayacaq heç bir xəbərin olmadığını qeyd edib.

“Saxo Bank” valyuta bazarında son dönəmdə azalan volatilliyin fevralın ikinci yarısında Çin tərəfindən və ya ABŞ istiqraz bazarının dinamikası tərəfindən aradan qaldırıla biləcəyini ehtimal edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər