DəmirBank 100-ə yaxın daimi pul köçürmə müştərilərini güzəştli kateqoriyaya daxil edib. Kateqoriyalar müştərilərin ölkədaxili Şimşək pul köçürmə sistemi ilə müəyyən dövr üzrə (ay, rüb, yarım il və ya il) köçürmə məbləğlərinin həcminə əsasən A-dan C-ə qədər yüksəlir. Hər bir kateqoriyada olan müştərilər göndərdiyi məbləğdən və əməliyyat sayından asılı olaraq pul köçürməsi tariflərində 0.3%-dək güzəşt əldə edir. Bundan əlavə güzəştli kateqoriyalara daxil edilmiş müştərilərin köçürdüyü məbləğdən asılı olmayaraq maksimal komissiya 70 AZN / USD / EUR-u keçmir. Hər hansı güzəşt kateqoriyasına aid edilmiş müştəri növbəti dövr ərzində etdiyi köçürmə həcmindən asılı olmayaraq aşağı kateqoriyaya salınmır, lakin daha yuxarı kateqoriyaya yüksəldilə bilər.
DəmirBank-ın Şimşək sistemi vasitəsilə ölkədaxili pul vəsaitini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. Şimşək pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
http://www.demirbank.az
https://www.facebook.com/demirbank.az