10 C
Baku
Friday, December 13, 2024

Nüfuzlu analitik şirkət İT bazarı üzrə proqnoz tərtib edib

“IDC”-nin analitikləri 2018-ci və sonrakı illər üzrə informasiya texnologiyaları (İT) bazarında əsas tendensiyalarla bağlı proqnoz tərtib ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin gözləntilərinə görə, 2021-ci ilədək dünya ÜDM-nin (Ümumi Daxili Məhsul) 50%-i rəqəmli texnologiyalarla bağlı olacaq. Şirkətlərin investisiya cəlbediciliyi platforma və ekosistemlərin tətbiqi, məlumatların dəyəri və müştərilərin cəlb edilmə dərəcəsindən asılı olacaq.

Analitiklər hesab edirlər ki, 3 il sonra şirkətlərin 60%-i rəqəmli transformasiya strategiyasına malik olacaq.
“IDC”-nin növbəti proqnozuna görə, 2021-ci ilədək “bulud” xidmətlərinə, həmçinin onların genişlənməsi üçün infrastrukturlara qlobal xərclərin həcmi 2 dəfə artaraq 530 milyard dolları ötəcək. Biznes seqmenti 90% halda bir neçə “bulud” servisindən istifadə edəcək.

2019-cu ilədək rəqəmli transformasiya layihələrinin 40%-i və korporativ proqram təminatının 75%-i süni intellektlə bağlı xidmətlərdən istifadə edəcəklər. İstehlakçıların 90%-dən çoxu çat-botlara müraciət edəcək və sənaye robotlarının 50%-dən çoxu süni intellekt sistemlərinə qoşulacaq.

Gözləntilərə görə, 2021-ci ilədək dünyada mövcud olan nəhəng şirkətlərin 25%-i blokçeyn xidmətlərdən istifadə edəcək. Həmçinin aparıcı bankların 25%-i, istehsal şirkətlərinin 30%-i və tibb təşkilatlarının 20%-i bu xidmətdən yararlanacaq.

Son xəbərlər
Digər xəbərlər