12 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Holdinq” 2 yeni şirkət yaradıb

Vergilər Nazirliyi “Grand-Agro Invitro” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Məcnun Qadir oğlu Məmmədovdur.

Şirkətlər qrupu ilə eyni hüquqi ünvanı bölüşən daha bir yeni müəssisə isə “Agro Supply” MMC-dir. Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Zaur Rauf oğlu Mikayılovdur.

Yeni şirkətlərin adları onların aqrar sektorla bağlı olduqlarını göstərir.

© Report

Son xəbərlər
Digər xəbərlər