Azərbaycanın 2018-ci il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Dövlət Agentliyi publik hüquqi şəxsə 16 051,2 min manat həcmində vəsaitin ayrılması planlaşdırılır.
Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.
Qeyd edək ki, 2017-ci ildə Agentliyə 24 012,8 min manat ayrılıb. Bu da gələn il Agentlik üçün büdcədə nəzərdə tutulan vəsaitin 2017-ci illə müqayisədə 33% azalması deməkdir.