2006-2017-ci illərdə “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları tərəfindən 21,155 min ipoteka krediti verilib.
Fondun saytında dərc edilmiş məlumata görə, bu günədək AİF-in xətti ilə 936 mln. 70,248 min manat məbləğində ipoteka krediti verilib.
Son 3 həftə ərzində agent banklar tərəfindən 20 mln. 931,923 min manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASCnin ləğv edilməsi və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.