10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bank sektrorunu böhrandan çıxara biləcək addım – İcraçı Direktordan açıqlama

Bank sektoru iqtisadi durğunluqdan geri dönüş edə bilib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı deyib.

Qasımlı deyir ki, artıq bank sektorunda böhranın dərinləşməsindən danışmaq olmaz: “Bütün parametrlər üzrə göstəricilər müsbətə doğru dəyişmək istiqamətindədir. Kardinal dəyişikliklərin olduğu deyə bilməsək də, amma bütün göstəricilər-portfelin, dollarlaşmanın səviyyəsi,kredit həcmi müsbətə doğru irəliləyir”.

İpoteka və Kredit Zəmanət Fondu nə vəd edir?

V.Qasımlı hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti maliyyə-bank sektorunun böhrandan tam çıxmasına, bu sektorda bütün gözləntiləri 2018-ci ildə doğrultması istiqamətində böyük irəliləyişə səbəb olacaq: “ Banklar artıq kredit verərkən daha az risk antipatiyası ilə üzləşdiklərinə görə və dövlət kredit subsidiyalarının hesabına əlverişli faizlərlə kreditləri sahibkarlara təqdim edirlər. Digər tərəfdən, zəmanət mexanizmi imkan verəcək ki, girovla bağlı çətinlikləri bağlı məsələlər öz həllini tapsın”.

O Fins.az-ın sualına cavab olaraq bildirib ki, ipoteka kredit zəmanət sistemi seçilən çox uğurlu bir nümunədir: “2018-ci ildən artıq bu fəaliyyətə başlayandan sonra maliyyə-bank sektoru iqtisadiyyatın çağırışlarına cavab verə biləcək. İlk növbədə maliyyə resurslarının mobilizasiya olunub iqtisadiyyatın real sektoruna ötürülməsini təmin edəcək”.

Son xəbərlər
Digər xəbərlər