“Nissan” şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb.
Qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2008-ci ilin avqustundan 2014-cü ilin avqustunadək satılmış “Note (E11)” və “Tiida (C11)” modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.