“Bitcoin” Cənubi Koreyanın spekulyativ əməliyyatların qarşısını almaq məqsədilə bəzi virtual birjaları bağlaya biləcəyini açıqlamasından sonra ucuzlaşmağa başlayıb. “Bloomberg” agentliyinə istinadən, məhz C.Koreya qlobal “Bitcoin” tələbi və marağın mərkəzi hesab edilir. Bu ölkənin baş naziri bir müddət əvvəl “Bitcoin”in gənclərə təsirindən narahat olduğunu bildirib.
Bu xəbərdən sonra “Bitcoin” 14%-dən çox ucuzlaşaraq 14 400 dollara qədər geriləyib. “Bitcoin”in kriptovalyuta bazarında payı 43,8%, kapitallaşması isə 241 mlrd. dollar təşkil edib. Xatırladaq ki, bugünkü hərraclarda kriptovalyuta bazarının ilk 10 valyutasından ancaq “Ripple” bahalaşıb. Onun qiyməti 5,7% artım göstərib.