6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda maliyyə sektoruna kredit qoyuluşu kəskin azalıb

Azərbaycanda maliyyə sektoruna kredit qoyuluşu bu ilin əvvəlindən 2,3 dəfə azalaraq 2017-ci il noyabrın 1-nə 214,5 mln. manata enib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına  deyilir.

Bildirək ki, bu sahəyə kredit qoyuluşunda cari ilin yanvar ayında müşahidə olunan artım daha sonra hər ay davamlı olaraq azalma ilə əvəzlənib. Belə ki, yanvarda cəmi 2,4% artım qeydə alınıb və 2017-ci il fevralın 1-nə kredit qoyuluşu 505,6 mln. manat olub. Daha sonra, martın 1-nə 351,9 mln. manat (aylıq 30% azalma), aprelin 1-nə 337,9 mln. manat (-3,98%), mayın 1-nə 252,1 mln. manat (-25,4%), iyunun 1-nə 249,0 mln. manat (-1,2%), iyulun 1-nə 230,8 mln. manat (-7,3%), avqustun 1-nə 229,6 mln. manat (-0,5%) , sentyabrın 1-nə 224,3 mln. manat (-2,3%), oktyabrın 1-nə 220,9 mln. manat (-1,5% ), noyabrın 1-nə 214,5 mln. manat (-2,9%) təşkil edib.

Hesabata əsasən, 2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunda maliyyə sektorunun xüsusi çəkisi 1,77% olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər