7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanda suyun qiyməti qalxıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün 1 kub metr su üçün tarif adam başına 0,75 lari (0,28 USD) bahalaşıb.

Sayğaclı abunəçilər üçün isə 1 kub metr üçün tarif 0,06 lariyə (0,023 USD) yaxın artırılıb.

Hazırda sayğacsız abunəçilər üçün tarif 3,147 lari (1,22 USD), sayğaclı abunəçilər üçün isə 0,26 lari (0,10 USD) təşkil edir.

Qərara əsasən, kommersiya təşkilatları üçün su tarifi 4,41 laridən 4,40 lariyə qədər ucuzlaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər