“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub.
Bu barədə Banker.az saytına verilən məlumata əsasən, cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Murtuzayevi bu vəzifədə Sevinc Gülmaliyeva əvəz edib.
Sığorta sahəsi üzrə ixtisaslaşmış Çarter Sığorta Universitetinin (Böyük Britaniya) məzunu olan Sevinc Gülmaliyeva bu sahə üzrə 14 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərindədə uzun illər çalışıb. Məlumat üçün bildirək ki, S. Gülmalıyeva 1 ilə yaxındır ki, “Meqa Sığorta” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
Comments are closed.