3 C
Baku
Saturday, December 14, 2024

Bu ildən tibbi sığortanın əhatə dairəsi genişləndiriləcək

“İcbari tibbi sığorta haqqının məbləği müvafiq qanunvericilikdə dəyişiklik edildikdən sonra məlum olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda icbari tibbi sığorta pilot layihə şəklində Yevlax rayonunda və Mingəçevir şəhərində tətbiq olunur və əhalidən sığorta haqqı toplanılmır, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər 1829 xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər.

Qeyd olunub ki, Agentliyin fəaliyyət göstərdiyi müddətdə ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirilib və həmin xidmətlərin tarifləri hesablanıb.

Agentlikdən onu da bildiriblər ki, pilot layihə 2018-ci ilin fevral ayının 1-ə qədər davam edəcək: “2018-ci ildən icbari tibbi sığortanın miqyasının genişləndirilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq rəsmi qərar veriləcək”.

Sosial səhifələrdə paylaş
Son xəbərlər
Digər xəbərlər