9 C
Baku
Thursday, December 12, 2024

Western Union 60 milyon dollar həcmində cərimələnib

Banker.az xəbər verir ki, Western Union Nyu-York ştatının Maliyyə Xidmətləri Departamenti tərəfindən 60 milyon dollar həcmində cərimələnib.

Belə ki, pul köçürmələri xidməti Nyu-Yorkun bank sirri haqqında qanununun və çirkli pulların yuyulması haqqında qanunların pozulmasında ittiham edilir.

Maliyyə Xidmətləri Departamentinin həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, Western Union 10 ildən çox müddət ərzində çirkli pulların yuyulması ilə mübarizə proqramını tətbiq etməyib. Sözügedən bu proqram ödəniş şəbəkəsi vasitəsilə həyata keçirilən istənilən yoxlanılmamış əməliyyatı aşkar edə və bu haqda məlumat verə bilərdi.

Həmçinin məlum olub ki, Western Union top-menecerləri öz çinli filiallarında şübhəli tranzaksiyalar barəsində məlumat verməyiblər və bunları görməməzlikdən gəliblər. Məmurlar bu vəsaitlərin insan alverində iştiraka sərf edildiyini güman edir.

Son xəbərlər
Digər xəbərlər