Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daşınar əmlakın yüklülüyunün dövlət reyestrinin aparılması üçün proqram təminatının hazırlanmasına dair açıq tender elan edib.
Tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 21-nə qədər MBNP-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşları – Tural Quluzadə (tel.: (012) 493 50 58, daxili 285; e-poçt: [email protected]) və Ələmqulu Quliyevdir (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]).
Təkliflərə fevralın 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram platformasının spesifikasiyası) nəzərə alınacaq. İşin görülmə müddəti tender üzrə satınalmaq müqaviləsi imzalandığı gündən sonrakı 7 aydır.