Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yanvar ayının ikinci valyuta hərracı keçirilib.
Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 9 yanvar 2018-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7001 səviyyəaində formalaşmışdı.
ARDNF-dən daxil olan məlumata görə, 2017-ci ilin dekabr ayı ərzində 584.8 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu da noyabrla müqayisədə 2,8 dəfə çox dolların satılması deməkdir. Ümumilikdə, 2017-ci ilin 12 ayı ərzində ARDNF valyuta hərraclarında 3 milrd 598,12 mln. dollar satıb.
Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.