Banker.az xəbər verir ki, Amerikanın CNN telekanalı Amazon şirkətinin təsisçisi Jeff Bezosu dünyanın ən varlı insanı elan edib. Bloomberg agentliyinin təşkil etdiyi milyarderlər reytinqinə əsasən, onun sərvəti 2018-ci ilin 9 yanvar tarixində 105 milyard dollar təşkil edir.
Bezosun sərvəti ənənəvi olaraq Amazon şirkətinin səhmlərinin dəyərinin artması hesabına yüksəlib. Belə ki, şirkətin səhmləri 2018-ci ilin ilk günlərində 6,62 faiz bahalaşıb və 1 səhmə görə 1,3 min dollar təşkil edib.
Qeyd edək ki, Bezos Amazon şirkətinin əsasını 1994-cü ildə qoyub. Amazon səhmləri ilə yanaşı, Bezos The Washington Post qəzetinə və kosmik gəmilərin istehsalı ilə məşğul olan Blue Origin şirkətinə malikdir.