Banker.az xəbər verir ki, milyarder Warren Buffet kriptovalyutalara investisiya yatırmayacağını bildirib.
O, CNBC telekanalına verdiyi müsahibəsi zamanı deyib: “Kriptovalyutalar ilə bağlı onu deyə bilərəm ki, onları pis sonluq gözləyir”.
Buffet bunun nə vaxt və necə baş verəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, JP Morgan Chase bankının icraçı direktoru Ceymi Daymon sentyabr ayında Bitcoin rəqəmsal valyutasını fırıldaqçılıq adlandırmışdı. O, kriptovalyuta ilə müqavilə həyata keçirməyə başlayan istənilən treyderini işdən qovacağını vəd etmişdi. Lakin, o, 9 yanvarda Bitcoin valyutasını fırıldaqçılıq adlandırdığına görə təəssüf etdiyini bəyan etdi.