10 C
Baku
Friday, December 13, 2024

Sultan Süleymanın son arzusu nə idi?

Sultan Süleyman ölümünə az qalmış orduya rəhbərlik edən şəxsi yanına çağırır və ona özünün son üç arzusunu deyir:

  • O belə vəsiyyət etmişdi ki, onun cənazəsini o dövrün Osmanlı imperiyasının ən yaxşı həkimləri öz əllərində aparsınlar
  • Onun ikinci arzusu belə idi ki, onun tabutunun aparıldığı bütün yol boyu qızıl sikkələr və qiymətli daşlar səpələnsin.
  • O üçüncü və son olaraq belə vəsiyyət etmişdi ki, onun əlləri tabutdan çölə çıxarılmış vəziyyətdə aparılsın və hamı onun əllərini görə bilsin.

Ordu rəhbəri eşitdiklərindən təəccüblü halda Sultan Süleymandan belə qəribə vəsiyyətin səbəbini soruşur. Sultan Süleyman Qanuni isə bütün bunları belə izah edir:

Qoy ən yaxşı həkimlər mənim tabutumu aparsınlar və bununla insanlar hətta ən savadlı həkimlərin belə ölüm qarşısında aciz olduqlarını görsünlər.

Əldə etdiyim qızılları, qiymətli daş-qaşları yollara səpələyin ki, insanlar bu dünyada qazanılan hər şeyin elə bu dünyada da qaldığını görsünlər.

Qoy hər kəs mənim əllərimi görsün. Görsünlər ki, hətta bütün cahanın padşahı  – Sultan Süleyman Qanuni belə bu dünyadan əliboş gedir.

Son xəbərlər
Digər xəbərlər