Vergilər nazirinin müavini Namiq Əliyev vəzifəsindən azad edilib.
Artıq onun adı nazirliyin rəsmi saytında nazir müavinlərinin siyahısından çıxarılıb.
Hazırda rəsmi saytda vergilər naziri Mikayıl Cabbarovun 3 müavininin adı qeyd olunub: 1-ci müavin Sahir Məmmədxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.
Qeyd edək ki, Namiq Əliyev 2004-cü ilin fevralından indiyədək vergilər nazirinin müavini işləyib. Onun sabiq vergilər naziri Fazil Məmmədovun qudası olduğu deyilir.