Dünya birjalarında neftin qiyməti cüzi ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 26 sent, yəni, 0,37% azalaraq 70.00$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 21 sent, yəni, 0,33% bahalaşaraq 64,51$-da qərarlaşıb.