Banker.az xəbər verir ki, dünya tarixinin ən nəhəng almazlarından biri Afrikanın cənubunda Letseng mədənində aşkar edilib. Məlumatı mədəndə axtarışlar aparan Gem Diamonds şirkətinin mətbuat xidməti təsdiq edib.
901 karatlıq (182 qram) qiymətli daş bu günə qədər aşkar edilən daşlar sırasında böyüklüyünə görə beşinci oldu. Mineral II növ almaza aiddir və tərkibində demək olar ki, azot qarışığı yoxdur və dünyada ən bahalı daşlardan hesab olunur.
The Financial Times nəşrinin verdiyi məlumata görə, yeni almazın dəyəri 40 milyon dolları üstələyə bilər. Bundan əlavə, məlumat elan edildikdən sonra Gem Diamonds şirkətinin səhmləri 15 faiz bahalaşıb.
Qeyd edək ki, Letseng mədəni aşkar edilən qiymətli daşların ölçüsü və keyfiyyətinə görə məşhurdur.