16 C
Baku
Tuesday, April 30, 2024

“WhatsApp” pulköçürmələri sistemini sınaqdan keçirir

Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messencerinə sahib olan “Facebook” şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, pulköçürmələri sistemi “Unified Payments Interface” (UPI) interfeysi üzərində qurulub. Bu interfeys bank hesabları arasında pulköçürmələrini ödənişsiz həyata keçirməyə imkan verir. İlkin mərhələdə mesajlarla mübadilə servisi yalnız istifadəçilər arasındakı ödənişləri dəstəkləyəcək.

Gələcəkdə “WhatsApp”, ehtimal ki, pulköçürmələri sistemi əsasında ödəmə sistemi yaratmağı planlaşdırır, çünki məhz belə sistem şirkətə real pul qazandıra bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər