-3 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən sakit və ürkütücü otağı hansıdır?

Deyirlər ki, susmaq qızıldır. Lakin ABŞ-da həddindən artıq sakit olan bir otaq vardır ki, burada uzun müddət qalmaq qeyri-mümkündür. İnsanlar bu exosuz otaqda maksimum 45 dəqiqə qala bilirlər. Bu otaq səslərin 99,9%-ni udmaq qabiliyyətinə malikdir və dünyanın ən sakit otağı olaraq Ginnesin rekordlar kitabına daxildir. Əgər siz bu otaqda uzun müddət qalsanız, sizdə hətta hallusinasiyalar da yarana bilər.

Otaq yaradılarkən təqribən 1 metr qalınlığında şüşə lifdən hazırlanmış akustik platformadan, iki qat səs keçirməyən polad qatından və 30 sm qalınlığında betondan istifadə edilib. Otağın yaradıcısı Stiven Orfild deyir: Biz insanın bu otaqda maksimum nə qədər qala biləcəyi ilə bağlı eksperiment keçirdik. Əldə edilən nəticə maksimum 45 dəqiqə idi”.

O həmçinin qeyd etmişdir: “ İnsanlar otaqda olarkən sakitliyə adaptasiya olurlar. Lakin otaq nə qədər sakit olsa, bir o qədər çox səs eşidirsən. Bu zaman ürək döyüntünüzü, ağciyərlərin hərəkətini, mədənizdəki qurultuları eşidəcəksiniz. Belə bir otaqda insan orqanizmi səs mənbəyinə çevrilir”.

Bir çox istehsalçılar öz məhsullarının nə dərəcədə yüksək səslə işlədiyini yoxlamaq üçün bu otaqdan istifadə edirdilər. Bu məhsullara mobil telefonlar, ürək klapanları və s.lər aid idi. Bu otaqdan həmçinin səsin keyfiyyətinin yoxlanılması üçün də istifadə edilir.

NASA da öz növbəsində bu otaqdan istifadə edərək burada kasmonavtların sınaqdan keçirilməsini həyata keçirir. Onlar kasmonavtları otaqda su ilə doldurulmuş rezervuara yerləşdirir və hansı müddətdən sonra onlarda hallusinasiyaların yarandığını müşahidə edirlər. Cənab Orfild kosmosu böyük səssiz məkan ilə müayisə edir. Buna görə də, astronavtların fikirlərini toplamaları vacib idi.

Cənab Orfildin özü isə öz süni ürək klapanının qıcıqlandırıcı səsinə baxmayaraq otaqda 30 dəqiqə qala bilmişdi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.