Avstriyanın kriptovalyuta hasilatçısı (mayninq) – “Hydrominer GmbH.” şirkəti 2018-ci ildə London fond birjasında IPO həyata keçirməyə hazırlaşıdığını bildirib.
“Haberler” saytına istinadən, bu barədə məlumatı şirkətin maliyyə direktoru Devis Qutman verib.
Qutman bildirib ki, bu addımla şirkəti qlobal miqyasda inkişaf etdirmək üçün investisiyalarını maliyyələşdirməyi planlaşdırır: “İnvestorlar riskli bir bazara sərmayə qoyarkən bunu maksimal dərəcədə inandıqları bir şirkətdə həyata keçirmək istədiklərini istəyirəm”. Qeyd edək ki, “Hydrominer” 2017-ci ilin noyabr ayında Avstriyada 2,8 mln. dollarlıq kriptovalyuta ilə bazara daxil olub.
Mərkəzi ofisi Vyanada yerləşən şirkətin Londondakı IPO-dan inkişaf üçün istifadə edə biləcəyindən artıq vəsait cəlb etmək istəmədiyi qeyd olunur. Xatırladaq ki, “Hydrominer” kriptovalyuta hasilatını həyata keçirdiyi stansiyaları Alp dağları yaxınlığındakı konteynerlərdə qurub. Nəticədə onun elektrik sərfiyyatı 4,5 avrosent təşkil edir və Avropa İttifaqı (Aİ) üzrə orta sərfiyyatdan 85% aşağıdır.