10 C
Baku
Wednesday, December 11, 2024

Bankın Azərbaycandakı filialında problemli kreditlərin çəkisi 75%-dir

“Pakistan Milli Bankı”nın Bakı filialının (NBP – ing.) aktivləri cüzi artaraq son illərd ən yüksək göstəriyə – 11,68 mln. manata qalxsa da kredit portfelindəki azalma tendensiyası davam edir.

Banker.az xəbər verir ki, bu barədə əcnəbi bankın 2018-ci ilin yanvar ayının 1-nə olan hesabatında deyilir.

Hesabata görə, “Pakistan Milli Bankı”nın Bakı filialının müştərilərə verdiyi kreditin həcmi 9 faiz kiçilərək 1,63 mln. manat təşkil edib. 2017-ci ilin 9 ayına olan göstərcidə problemli kreditlərin həcmi ümümi kredit portfelinin 100 faizini təşkil etdiyi halda, hesabat dövrünün sonunda bu rəqəmi 75 faizə düşüb. Bununda 17%-i təhlükəli, 20%-i isə ümidsiz kreditlər sayılır.

Bankın depozit portfeli hesabat dövrünün əvvəli ilə müqayisədə ilin sonu 1,7 dəfə böyüyərək 1,18 mln. manat təşkil edib.

Bank filialı ötən ili 829 min manat gəlir etməklə 934 min manatlıq xərcləri qarşısında az olduğundan ili 105 min manata yaxın zərərlə bitirib.

Son xəbərlər
Digər xəbərlər