15 C
Baku
Sunday, November 24, 2024

Zaminin üzləşdiyi risklər hansılardır?

Bir çox hallarda banklar borcalandan zamin tələb edir. Əlbəttə banklar zaminsiz də kredit verir, lakin bu halda şərtlər daha qəliz və faiz dərəcələri nisbətən yüksək olur. Borcalan zamin təqdim etdikdə bank alınan kreditin geri qaytarılması üçün zəmanət əldə edir. Bu halda zamin də borcalan kimi banka lazımı sənədləri – şəxsiyyət vəsiqəsi, 3-6 ay ərzində orta qazanc haqqında arayış və s. təqdim edir.

Borcalanın maraqlarını dəstəkləyən istənilən şəxs zamin ola bilər. Adətən bu borcalanın ya yaxın tanışı və ya dostu olur. Burada zaminin gəlirləri ilə bağlı tələblər nisbətən yüksək olur – zaminin vəsaitləri borcalanın borc məbləğini və bank faizlərini ödəməyə kifayət etməlidir.

Zamin hansı risklərlə üzləşə bilər və bu risklərin hansı ölçüdədir? Təəssüflər olsun ki, burada risk böyükdür. Kreditləşmədə zamin də borcalan kimi əldə edilən məbləğin ödənilməsində məsuliyyət daşıyır. Borcalan məbləği ödəyə bilmədikdə və yaxud istəmədikdə bank avtomatik olaraq kreditin ödənilməsini zamindən tələb edir.

Əgər borcalanla heç nə baş verməyibsə və o gizlənmirsə zaminin onu məhkəməyə vermək hüququ var. Lakin bu o halda baş verə bilər ki, zamin borcalanın ödəməli olduğu məbləği banka ödəmiş olsun. Zaminin bu məhkəmə prosesində qalib gəlmək şansları yüksəkdir. Bununla yanaşı, zamin banka ödədiyi faizləri, digər zərərləri də borcalandan tələb edin.

Son xəbərlər
Digər xəbərlər