7 C
Baku
Thursday, December 12, 2024

Bitcoin təzyiqlərlə üzləşdi – Daha bir ölkədən məhdudlaşdırma siqnalı

“Bitcoin” yanvarın 20-də 12 000 dollar səviyyəsini ötsə də, yanvarın 21-də satışa məruz qalıb.

“Forexpf.ru” saytına istinadən, bunun səbəbi Hindistanın “ICICI Bank”, “HDFC Bank”, “Axis Bank”, “Yes Bank” və “State Bank of India” banklarının kriptovalyuta ilə ticarət təşkil edən meydançaların hesablarını bağlamağa başlaması ilə bağlıdır.

Ekspertlər bu addımı Hindistan Maliyyə Nazirliyinin 2017-ci ilin sonunda səsləndirdiyi kriptovalyuta bazarına dair tənqidləri ilə əlaqələndirirlər. Belə ki, Nazirlik kriptovalyuta ticarətini ölkədə məhdudlaşdırmaq istədiyini bildirib.

“Bleakley Advisory Group”un investisiyalar üzrə direktoru Piter Bukvar (Peter Boockvar) qeyd edib ki, “bitkoində eyforiya başa çatıb. Düşünmürəm ki, onu almaq yaxşı fikirdir. Maliyyə bazarları tarixi göstərir ki, sərt yüksələn aktivin qiyməti, yüksəlməyə başladığı yerə geri qayıdır. Bitkoinin yüksəlməsi üçün heç bir fundamental iqtisadi əsas yox idi. Buna səbəb dünya mərkəzi banklarının monetar stimullaşdırması olub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər