11 C
Baku
Tuesday, November 26, 2024

“Veysəloğlu Şirkətləq Qrupu” 3 vakant yer üzrə işçi axtarır

1: İnşaat mühəndisi

Təcrübə müddəti: 3-5 il

Təhsil: Müvafiq sahədə ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar:

Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı; Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək”

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows,

VƏZİFƏ FUNKSİYALARI:

Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək
Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək
Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq
İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək

İş qrafiki: 6 günlük

Vakansiyanın xüsusi tələbləri: Şəxsi avtomobilin olması mütləqdir (Yanacaq və amortizasiya xərci şirkət hesabına ödənilir)

Yaş həddi: 25 – 50 yaş


2: Təlimçi

Təcrübə müddəti: Retail və ya distribütor satışında ən az 1 il təcrübəsi

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

Səlist ünsiyyət qurma, fikirlərini aydın ifadə etmək bacarığı
Təlim proqramı, əyanı vəsait hazırlama bacarığı
Təlim ehtiyaclarının müəyyən edilməsi üzrə ilkin bacarıqlar
Təlim proqramı, əyanı vəsait hazırlama bacarığı
Komanda şəklində təlim keçmək bacarığı

Kompyuter Bilikləri: PowerPoint, Excel, Windows, Prezi

VƏZİFƏ FUNKSİYALARI:

Şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi
Mövcud təlim proqramları üzərində işləmə və yeni təlim proqramlarının təşkili
Təlimlərin sistemli və səmərəli şəkildə təşkil olunub keçirilməsi üçün insan resurslarının təlim ehtiyaclarını müəyyənləşdirmək
İllik, yarım illik və rüblük təlim planını hazırlayaraq Mərkəzin rəhbərinə təqdim etmək; təlim nəticələrini ölçmək və qiymətləndirmək; təlim nəticələri haqqında hesabat hazırlamaq, onları rəhbərinə təqdim etmək
Təlim nəticələrinə əsasən işçilərin statusunda dəyişiklik edilməsi, yaxud başqa işə keçirilməsi barədə təkliflər vermək

İş qrafiki: 6 günlük

Yaş həddi: 22 – 35 yaş


3: İnsan Resursları Layihə Koordinatoru

Təcrübə müddəti: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

İş və iş yükü analizləri, say normalarının işlənməsi biliyi;
İnsan resursları planlaşdırma biliyi
Əməyin ödənilməsi və imtiyazlar sahəsində biliklər
Performansın idarəedilməsi sahəsində biliklər
Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər
İş dəyərləndirmə sahəsində biliklər

Kompyuter Bilikləri: MS Excel (sərbəst istifadə), MS Visio proqramında işləməyi bacarması arzuolunandır

VƏZİFƏ FUNKSİYALARI:

İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək
Vəzifə funksiyaları üzrə tələb olunan səriştə və kvalifikasiya tələblərini müəyyən etmək
Vəzifə funksiyaların effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini müəyyən etmək
Əməyin ödənilməsi sistemlərini qurmaq (əsasən mükafatlı) və performansın idarəedilməsi sistemləri ilə əlaqələndirmək
İnsan resursları hesabatlarını hazırlamaq;
“Prosedur, təlimat və əsasnamələr hazırlamaq, prosedur, təlimat və əsasnamələr hazırlamaq”
Performansın idarəedilməsi sistemlərini qurmaq

İş qrafiki: 5 günlük
Yaş həddi: 22 – 35 yaş
İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vakansiyanın adını qeyd edilməsi xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər