7 C
Baku
Thursday, December 12, 2024

2014-cü ildəki həddə qayıtdılar: Neft bahalaşdı, dollar düşdü

Dünya birjalarında neftin qiyməti bahalaşaraq 2014-cü ilin noyabr ayından bu tərəfə ən yüksək həddə keçib. Buna əsas səbəb kimi iri neft ixracatşıları olan Rusiya və Səudiyyə Ərəbistanının hasilata dair anlaşmada energetika nazirlərinin birgə olmaqla bağlı açıqlamaları olub.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 44 sent, yəni, 0,33% artaraq 70.98$-a təklif olunub. Bu da sonuncu dəfə 2014-cü ilin noyabrda bu qiymətə olmuşdu.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 64 sent, yəni, 0,98% bahalaşaraq 66,25$-da qərarlaşıb.

Hazırda dünya bazarlarında dolların məzənnəsi isə əksinə, ticarət sessiyasında digər valyutalara qarşı ucuzlaşaraq 2014-cü ilin dekabrından bəri ilk dəfə ən minimum səviyyədə ticarət olunub. Belə ki, dolların indeksi 0,23% azalaraq 88,997 səviyyəsinə enib.

Son xəbərlər
Digər xəbərlər