Have a Question?
Kapitalın gəlirliliyi – təşkilatın əsas vəsaitlərindən effektiv istifadəni xarakterizə edən maliyyə əmsalıdır. Kapitalın gəlirliliyi əsas vəsaitlərin dəyərinin vahidinə nə qədər mənfəətin düşdüyünü göstərir.
Qeyd etmək lazımdır ki, Kapitalın gəlirlilik əmsalı özlüyündə istehsal aktivlərindən istifadənin effektivliyindən bəhs etmir və yalnızca, məhsulların satışından əldə edilən həcm ilə (daha doğrusu, gəlir) təşkilatın mövcud əmək qabiliyyətinin dəyəri ilə nisbətini göstərir. Məhz olaraq istahsal aktivlərindən istifadənin effektivliyi bardə nəticə çıxarmaq üçün bir neçə il ərzində dinamikada Kapitalın gəlirlilik əmsalını müqayisə etmək, yaxud da onu eyni bir sahənin analoji müəssisələrinin göstəriciləri ilə müqayisə etmək lazımdır.
Hesablanması: Kapitalın gəlirliliyi göstəricisi aşağıdakı kimi hesablanır:
Kapitalın gəlirliliyi = Gəlir / Əsas vəsaitlər
Kapitalın gəlirlilik əmsalını mahiyyət etibarilə dönərlilik göstəricilərinə (ehtiyatların, debitor borclarının və digər aktivlərin dönərliliyi) aid etmək mümkündür. Dönərlilik göstəriciləri (əmsal) hər zaman gəlirin bu və ya digər aktivlər, yaxud öhdəliklərlə nisbət ilə hesablanır.
Kapitalın gəlirlilik əmsalı ümumi qəbul edilmiş normal dəyərə malik deyil. Bu, göstəricinin sahə xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılı olması ilə izah edilir. Məsələn, kapital tutumlu istehsalatlarda əsas vəsaitlərin təşkilatın aktivlərindəki payı böyükdür, buna görə də əmsal aşağı olacaq. Kapitalın gəlirlilik əmsalını dinamikdə nəzərdən keçirsək, əmsalın artımı avadanlıqlardan istifadənin intensivliyinin (effektivliyinin) yüksəlməsindən xəbər verir.
Müvafiq olaraq, kapitalın gəlirliliyini yüksəltmək üçün ya artıq sahib olunan avadanlıqlardan istifadə zamanı mənfəəti artırmalı (ondan istifadənin effektivliyini yüksəltmək, yüksək əlavə dəyərli məhsullar istehsal etmək, avadanlıqlardan istifadə müddətini artırmaq – növbələrin sayı, daha müasir və məhsuldar avadanlıqlardan istifadə etmək), yaxud da lazımsız avadanlıqlardan xilas olmaq lazımdır ki, bununla da, əmsalın məxrəcində onun dəyərini azaltmaq mümkündür.