2018-ci il fevralın 28-i saat 12.00-da “A-Qroup Sığorta Şirkəti” ASC səhmdarlarının (növbəti) illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az Sığorta Şirkətinin ictimayyətə açıqladığı məlumata istinadən bu barədə xəbər verir.
Məlumata görə, “A-Qroup” ümumi yığıncağın gündəliyinə, Cəmiyyətin illik (o cümlədən maliyyə) hesabatları, Cəmiyyətin büdcəsinin yerinə yetirilməsi və digər məsələlər daxil edilib.
Ümumi yığıncaq Bakı şəhəri, R.Behbudov küçəsi, 87A. ünvanda keçiriləcəkdir.
Telefon: *0909, (012) 498 86 69.