9 C
Baku
Thursday, December 12, 2024

İnsanları necə idarə edə bilərsiniz?

Diqqətlərini yayındırmaqla

Cəmiyyəti idarə etməyin əsas elementi insanların diqqətini  əhəmiyyətsiz, lazımsız informasiya ilə yayındırmaqla, siyasi və iqtisadi hakim dairələr tərəfindən qəbul edilmiş vacib problem və qərarlardan uzaqlaşdırmaqdır. İnsanların diqqətini yayındırmaqla hakim dairələr onları elm, iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika sahələrindən uzaqlaşdırırlar. İnsanların diqqətini əhəmiyyətsiz şeylərlə yayındırdıqda onların düşünməyə zamanları qalmır. Etiraf edək ki, heç də ədalətli üsul deyildir.

Tədricən tətbiqetmə üsulu

Hər hansı çox da populyar olmayan bir şeyin qəbul edilməsini istəyirsinizsə, onu mütəmadi olaraq, günbəgün, ilbəil təqdim etməkdir. Prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) keçən əsrin 80-ci və 90-cı illərdə məhz bu üsulla qəbul edilib. Dövlətin funksiyasının, özəlləşdirilmənin, əminsizliyin, qeyri-sabitliyin, kütləvi işsizliyin, artıq yaşayışı təmin edə bilməyən əmək haqqlarının minimuma endirilməsi – əgər bütün bunlar eyni anda baş versəydi inqilaba gətirib çıxarardı.

Qarşındakı insana uşaq kimi davranmaqla

Geniş kütlə üçün nəzərdə tutulmuş əksər təqdimat və yaxud təxribat tədbirlərində sanki uşaqlara müraciət edirmiş kimi arqumentlərdən istifadə edilir. Əgər kimsə onu dinləyən şəxsi fikri çaşğınlığa salmaq istəyirsə, bir o qədər çox uşaq nitq nümunələrindən istifadə edir. Bəs niyə? Əgər bir insan qarşısındakı insana onun 12 yaşı varmış kimi davranırsa, təlqinin gücü ilə bu insanın cavabı da ehtimallara görə 12 yaşlı uşağın tənqidi qiymətləndirilməsi çərçivəsində olacaq.

Emosiyalara təsir edərək düşünmənin qarşısını almaq

Emosiyalara təsir etməklə insanların sağlam düşüncəyə sahib olmaqlarını əngəlləmək  köhnə üsullardan biridir. Digər tərəfdən emosional faktordan istifadə etmək şüur altına hər hansı bir fikir, arzu, qorxu, təhlükə, təlqin və s. ni yeritmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər