Mixail Şumaxer haqqında maraqlı faktlar
- Hal-hazırda Mixail Şumaxer xəstəxanadadır və onun səhhəti haqqında yalnız həkimlər və onun ailəsi məlumatlıdır. Xəstəxananın rəhbərliyi rejimi dəyişərək daha hər gün press konfranslar keçirmir və klinikaya KİV-in əməkdaşlarının girişi məhdudlaşdırılıb.
- Qeyd edək ki, Mixail Şumaxer Fransada xizək sürən zaman ciddi kəllə-beyin travması almışdı. İdmançını onun şlemi xilas edib. Zərbə nəticəsində şlem iki yerə bölünmüşdü. Hal-hazırda Şumaxer Qrenobldə xəstəxanadadır və ona artıq iki əməliyyat ediblər.
- Böyük avtomobil yarışçısının həyatından sizə maraqlı faktları təqdim edirik və ona qısa bir zaman ərzində səhhətinə qovuşmağı arzu edirik.
- Mixail Şumaxer 1987-ci ildə anadan olub.
- Mixailin tarixçəsi Kerpen şəhərində başlayır. Valideynləri onu kartinq klubuna yazdırır. Altı yaşında Şumaxer uşaqlar üçün ilk kartinq turnirində qalib olur. Və yeni sinifə keçmək üçün ona yarışçı lisenziyası lazım idi. Almaniyada o lisenziyanı 14 yaşından yuxarı insanlara verirdilər. Buna görə lisenziyanı Şumaxer Lüksemburqda almalı olur. 14 yaşına çatdıqda o Almaniyaya qayıdır və gənclər arasında kartinq üzrə Almaniya çempionu olur. 1989-cu ildə gənc Şumaxer menecer Villi Veberin diqqətini çəkir.
- 2008-ci ildə futbol üzrə İsveçrə assosiyası Şumaxeri 2008-ci ildə keçirilən futbol üzrə Avropa çempionatına İsveçrənin təmsilçisi kimi göndərir.
- 2010-cu ilin 14 noyabrında Abu-Dabidə Qran-pridə Şumaxer ilk dönmədə qəza edir. Lakin o, xəsarət almır.
- Bir çox ölkələrdə Şumaxerin soyadı ümumişlək sözə çevrilib. Virtuoz və yaxud risk etməyi sevən sürücüləri şumaxer adlandırırlar.
- Jan Todt və Mixail Şumaxer «Osteriks və Obeliks Olimpiada oyunlarında» filmində çəkiliblər. Bu filmdə, təbii ki, onun arabası qırmızı rəngdə idi.
- 2003-cü ildə «Formula-1» yarışlarının final mərhələsindən sonra Mixail Şumaxer öz altıncı – rekord sayda çempionluq titulunu qeyd etdi.
- Şumaxer siqarlardan istifadə etməyi çox sevir. Siqarlar onun uğur atributudur.
- Mixail F-1 pilot komandasının tərkibində futbol oynayır.
- «Formula- 1»-in iştirak etdiyi ilk sezonda Şumaxer hər kəsi təəccübləndirərək yarışlardan öncə və sonra fiziki məşğələlərlə məşğul olur.
- Şumaxer həmçinin tennis oynamağı, səhər qaçmağı, velosiped sürməyi də çox sevir.
- 2002-ci ilin ABŞ Qran–prisində Mixail Şumaxer bütün yarışlarda liderlik edir, finişdə isə öz komanda yoldaşı Rubens Barrikellonu gözləyir. Nəticədə Rubens Şumaxeri 0,011 saniyə qabaqlayır. Bu sezon Kral yarışları tarixinə düşür. Trassda Mixail mümkün olan bütün rekordları qırır. Ən təsiredici rekord Mixailin podiuma qalxması idi. O, sezonun bütün 17 yarışlarında qalib çıxaraq podiuma qalxırdı.
- 2010-cu ildə qayıdandan sonra Şumaxer yalnız bir dəfə podiuma qalxa bilmişdi. 2012-ci ildə Valensiyada 12-ci yerdən start götürərək üçüncü yeri tutur.
- Trassda ən böyük nailiyyətini Şumaxer 2012-ci ildə Monakoda göstərir. Bütün rəqiblərini ötən Mixail 5 mövqeydə cərimə almışdı.
- Mixail Şumaxerin ilk avtomobili FIAT 500 olub.
- Formula-1 yarışlarının ən məşhur pilotu Şumaxerdi. 2013-cü ilin iyun ayında yayımlanmış məlumatlara görə, o, 308 Qran –pridə iştirak edib və qalibiyyətlər sayı üzrə dünyada ilk yeri tutur.
- Bundan savayı, Şumaxer bir sezon daxilində ən çox qalib gəlmə faizinə sahibdir (2004-cü ildə 72% və 2002-ci ildə 65%).
- Mixail sığorta şirkəti ilə müqavilə bağlayaraq öz həyatını 90 milyon avro qiymətinə sığortalayıb. Müqavilənin şərtlərinə görə, əgər Mixail Şumaxer fiziki məhdudiyyətlik qazansa, o, 20 milyon dollar alacaq. Əgər Şumaxer vəfat etsə, onu yoldaşı və iki uşağına 10 milyon dollar veriləcək.
- 1999-cu ildə bütün dünyanı bir xəbər bürüyür – Mixail Şumaxer qəzaya düşüb,onun sağ ayağı iki yerdən sınıb. Bu isə Şumaxerin bir də heç vaxt oynaya bilməyəcəyi demək idi. Lakin Mixail qayıdır və karyerasının bitmədiyini sübut edir. Bu anda onu onun ailəsi – valideynləri, yoldaşı və qızı dəstəkləyir.
- Düzdür, o dövrdə Şumaxerin yoldaşı Korinna təşvişə düşür və bu şəraitdə, daim risk altında yaşayaraq, ikinci uşaq haqqında fikirləşmək istəmədiyini bəyan etmişdi. Lakin bu Korinnanın nadir halda göstərdiyi emosiyalar idi.