11 C
Baku
Monday, November 25, 2024

Reytinq agentliyi: Azərbaycana xaricdən valyuta axını güclənəcək

“Azərbaycanda maliyyə sisteminin zəif olmasına baxmayaraq, iqtisadi artımın sürətlənməsi ilə sistemin də tədricən güclənəcəyini proqnozlaşdırırıq”.

Bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Hesabatın müəllifləri bank sisteminə nəzarət sahəsindəki son inkişafı da yüksək qiymətləndirir. “Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və bank risklərinə nəzarətlə məşğuldur. Azərbaycanın xarici mövqeyi də güclüdür. Ölkənin xarici likvid aktivlərinin gələcəkdə onun xarici borcunu üstələyəcəyi gözlənilir. Hal-hazırda ölkəyə xaricdən pul axınının da tədricən artacağını proqnozlaşdırırıq ki, bu da dayanıqlılığın azalmasının qarşısını ala bilər. Buna baxmayaraq, Azərbaycanın tədiyyə balansı və xarici investisiya mövqeyi ilə bağlı mövcud məlumatların məhdud olduğunu düşünürük. Bu isə xarici risklərin düzgün qiymətləndirilməməsinə yol açır,” – deyə məlumatda bildirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər