11 C
Baku
Monday, November 25, 2024

“S&P”: Azərbaycanda dollar 2 manata qədər bahalaşacaq

Azərbaycanda USD/AZN məzənnəsinin 1,97 səviyyəsinə qədər artacağı proqnozlaşdırlır.

Banker.az xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Reytin agentliyi növbəti illər də də dolların 1,70 manatdan aşağı düşməyəcəyi, əksinə, 2021-ci ilə qədər bahalaşacağı qənaətindədir.

Belə ki, “S&P” bildirir ki, cari il ərzində dollar/manat cütlüyünün 1,70-də sabit qalacağı, sonrakı 3 il ərzində tədricən bahalaşaraq 1,97 səviyyəsində qərarlaşaqdır

2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021
MONETARY INDICATORS (%)
Exchange rate, year-end (LC/$) 0.79 0.78 0.78 1.56 1.77 1.70 1.70 1.79 1.87 1.97
Banks’ claims on resident non-gov’t sector growth 27.8 20.3 23.6 18.5 (20.7) (25.0) 0.0 5.0 5.0 5.0
Banks’ claims on resident non-gov’t sector/GDP 23.1 26.1 31.8 41.0 29.2 18.9 17.1 16.5 16.0 15.4

Agentliyin analitikləri onu da qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının ölkədə iqtisadi inkişafa təsir etmək qabiliyyəti olduqca məhduddur. “Ölkədə depozitlərin dollarlaşma səviyyəsi 60 faizdən yüksəkdir, bu isə Mərkəzi Bankın daxili monetar şəraitə təsir etmək cəhdlərini kəskin şəkildə məhdudlaşdırır. Bundan başqa, ölkənin yerli valyutada borc kapital bazarı kiçikdir və inkişaf etməyib. Mərkəzi Bankın əməliyyat müstəqilliyi də məhdud olaraq qalır,” – deyə hesabatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər