Azərbaycanda “Dövlət satınalmaları haqqında” daha da təkmilləşdirilmiş yeni qanun layihəsi hazırlanıb.
Bunu bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, qanun layhəsi hazırda hökumətdə müzakirə olunur və artıq bu il ərzində müzakirələrin son mərhələsinin yekunlaşacağı gözlənilir.